Morata “Yuventus”a keçir?
27.02.2024 , 17:23

“Atletiko”nun hücumçusu Alvaro Morata klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, ulduz oyunçu karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Moratanın xidmətində “Yuventus” maraqlıdır.
Turin təmsilçisi yay transfer dönəmində futbolçunu heyətinə qatmağa çalışacaq.
