“Bu yaxşı nəticədir, çünki məğlub olmadıq. Bu isə hər şeydən vacibdir”.
Korner.az– ın məlumatına görə, bu sözləri “Partizan”la oyundan sonra “Neftçi”nin futbolçusu İqor Mitreski deyib.
“Partizan” güclü klub olduğunu göstərdi, onlar yaxşı oynadılar. Amma biz onların hücumlarının qarşısını almağa nail olduq və avrokuboklarda ilk xalımız qazandıq. Bu, bizim üçün çox vacib idi”.
