“Qarabağ”a gəlməyim heç də təsadüfi deyil. Bilirəm ki, bu il olmasa da, yeni komandam daim avrokuboklarda çıxış edir və qənaətbəxş nəticələr əldə edir”. Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Miro Varvodiç deyib.
Xorvatiyalı qapıçı keçidi haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Bura uğur qazanmaq üçün gəlmişəm. İnanıram ki, ən yaxşısını edib “Qarabağ”la çempionluq yaşayacam. Təbii ki, avrokuboklarda uğur qazanmaq da əsas arzularımdan biridir`.
