Millinin sabiq futbolçusu Almaniya klubunda
16.07.2020 , 16:53
Azərbaycan millisinin sabiq futbolçusu Toğrul Eratın yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Almaniyanın “Rot-Vayss” klubuna keçib. Regional liqa klubu futbolçu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Erat Azərbaycan millisinin heyətində 4 oyun keçirib.