Millinin rəqibləri bəlli oldu
14.04.2023 , 10:27
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Polşada keçiriləcək üçüncü Avropa Oyunlarındakı rəqibləri müəyyənləşib.
Korner.az xəbər verir ki, Polşanın Krakov şəhərində təşkil olunacaq Avropa Oyunlarının çimərlik futbolu yarışlarında bütövlükdə 8 ölkənin yığması mübarizə aparacaq.
Azərbaycan millisi ilə yanaşı, İspaniya, İtaliya, Polşa, Moldova, Portuqaliya, İsveçrə və Ukrayna yığmaları da çempionluq üçün yarışacaq.
Çimərlik futbolu yarışları iyunun 27-dən iyulun 2-dək davam edəcək.