Millinin oyununa böyük maraq
09.03.2023 , 15:57
2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində martın 24-də baş tutacaq Avstriya – Azərbaycan oyununa bilet satışı davam edir.
Korner.az xəbər verir ki, görüş üçün artıq 15 mindən çox bilet satılıb. Bu barədə Avstriya mətbuatı məlumat yayıb.
Qarşılaşmanın keçiriləcəyi “Raiffeisen Arena”nın tutumu 19 min nəfərdir. Digər biletlər martın 15-dən sonra satışa çıxarılacaq.
Avstriya – Azərbaycan oyunu saat 23:45-də başlayacaq.
