Millinin oyunu yenə Sumqayıtda keçiriləcək
22.10.2019 , 16:59
![](https://korner.az/wp-content/uploads/2019/10/U-21-Logo-2.jpg)
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Lixtenşteyn oyununun stadionu müəyyənləşib.
Korner.az xəbər verir ki, qarşılaşma Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Noyabrın 14-də keçiriləcək sözügedən qarşılaşmaya saat 18:00-da start veriləcək.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)