Millinin oyunlarının vaxtı məlum oldu
06.03.2024 , 13:56

Qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində millimizin keçirəcəyi oyunların təqvimini açıqlanıb.
Korner.az xəbər verir ki, B Liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə yarışacaq komanda ilk oyunu aprelin 5-də keçirəcək.Rəqib Macarıstan yığması olacaq.
5 aprel
Macarıstan – Azərbaycan
9 aprel
Azərbaycan – İsveçrə
31 may
Azərbaycan – Türkiyə
4 iyun
Türkiyə – Azərbaycan
12 iyul
Azərbaycan – Macarıstan
16 iyul
İsveçrə – Azərbaycan
Qeyd edək ki, turnirin final mərhələsi 2025-ci ildə İsveçrədə təşkil olunacaq.
