Millinin oyunlarına hakim təyinatları
01.12.2023 , 14:38
Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2024-ün elit-raund mərhələsində Bakıda Rumıniya, səfərdə isə Niderland yığmasına qarşı keçirəcək oyunları idarə edəcək hakimlər açıqlanıb.
Korner.az xəbər verir ki, dekabrın 15-də Bakı İdman Sarayında təşkil olunacaq və saat 20:00-da start götürəcək Azərbaycan – Rumıniya matçını Polşadan, dekabrın 20-də Almere şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq Niderland – Azərbaycan qarşılaşmasını Litvadan olan hakimlər briqadası idarə edəcək.
Azərbaycan – Rumıniya
15 dekabr. Bakı idman Sarayı. Saat 20:00
Hakimlər: Damian Grabovski, Slavomir Steczko, Monika Czudzinovicz
Timekeeper: Ramil Namazov (Azərbaycan)
Niderland – Azərbaycan
20 dekabr. Topsportcentrum Almere. Saat 21:30
Hakimlər: Dominykas Norkus, Mantas Pomeckis, İrmantas Kapraşovas
Timekeeper: Joern Te Kloeze (Niderland)