Millinin heyəti açıqlandı – Siyahı
10.04.2023 , 18:02

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 12-dən 15-dək Bakıda, 16-dan 21-dək isə Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təlim-məşq toplanışı olacaq.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz hazırlıq çərçivəsində aprelin 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Ayxan Abbaszadə (“Turan Tovuz”), Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Tuncay Əhmədov, Əhməd Tarverdiyev, Rəşad Alışov, Ramin Əvəzov, Babamirzə Mehdiyev, Anar Hüseynov (hamısı “Sabah”), Firudin Kişiyev (EFA), Vüsal Paşayev, Nadir Orucov, Elnur Cabbarlı (hamısı “Sumqayıt”), Sadiq Məmmədli, Ömər Nəsibov, Amin Muradov, Röyal Fərullazadə (hamısı “Neftçi”), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə), Hikmət Cəbrayılov, Amid Qasımov (hər ikisi “Qarabağ”), İslam İsmayılzadə (“Səbail”), Ümid Səlimov (“Şamaxı”)
