Dağıstandan Gürcüstan ərazisinə soxulan silahlılarla atışmada Gürcüstanın sambo üzrə yığmasının baş məşqçisi Arçil Çoxeli həlak olub.
Korner.az– ın məlumatına görə, Arçil Çoxeli sambo üzrə ikiqat dünya çempionu və dəfələrlə Avropa birinciliklərinin mükafatçısı olub.O, xüsusi təyinatlı dəstədə qulluq edərək , eyni zamanda Gürcüstanın sambo millisinə məşqçilik edirdi.
Arçil Çoxeli idmançılarla birlikdə Moskvaya yarışa yollanmağa hazırlaşırmış. Lakin xüsusi təyinatlı dəstədəki vəzifəsi üzündən Rusiyaya viza ala bilməyib.
