Millinin Albaniya ilə oyununun məkanı və saatı bilindi
29.04.2024 , 19:32

Azərbaycan millisinin iyunun 7-də Albaniya yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq görüşünün məkanı və başlama saatı müəyyənləşib.
Korner.az xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, matç Macarıstanda “Haladas SportKomplexum” stadionunda olacaq.
