Millimizin qolkiperi Səlahət Ağayev özünə yeni iş yeri tapıb.
Korner.az-ın məlumatına görə, "İnter"in sabiq qapıçısı "Sumqayıt"a keçib.
Sumqayıt təmsilçisi icarə müqaviləsi başa çataraq, “Bakı”ya qayıdan Andrey Popoviçin gedişindən sonra qapıçı axtarırdı. Bu mənada Ağayevin sərbəst olaraq, özünə yeni komanda axtarmağı “Sumqayıt”ın işinə yarayıb.
Qeyd edək ki, əsas yığmamızda 1 oyun keçirən Səlahət son mövsümdə “İnter”in heyətində də 1 matçda meydana çıxıb.