Sabah Bakı vaxtı ilə saat 15:15-də, Yaponiyanın Şizuoka şəhərində Yaponiya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu AzTV vasitəsilə canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, qarşılaşmanın canlı radio reportajını 105 FM dalğasında yayımlanan Azərbaycan radiosunda dinləmək mümkün olacaq. Bundan əlavə, internet istifadəçiləri Yaponiya – Azərbaycan oyununu www.affatv.az saytı vasitəsilə də izləyə biləcək.
affa.az
