17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının mətbuat üçün açıq məşqi olacaq. Korner.az-ın məlumatına görə, məşq sentyabrın 20-də, saat 10:30-da "Bakı" klubunun bazasında baş tutacaq.
Yığmanın baş məşqçisi Sissi Raytın həmin gün saat 16:30-da, "Hilton" otelində mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, yığmamız DÇ-2012-də ilk oyununu sentyabrın 22-də Kolumbiyaya qarşı keçirəcək. Qarşılaşama saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
