Futbol

Millimizi rüsvay edən komanda heyətini açıqladı

28.05.2012 , 09:35

Avro-2012 üçün Polşa millisi heyətini açıqlayıb. Korner.az-ın məlumatına görə, polyakların baş məşqçisi Frantişek Smuda Avropa çempionatında aşağıdakı heyətə güvənəcək:

Qapıçılar: Voysex Şensnı (Arsenal, İngiltərə), Pşemıslav Tıton (PSV, Hollandiya), Qjeqoj Sandomerski (Yaqelloniya).

Müdafiəçilər: Lukaş Pişek (Borussiya D, Almaniya), Martsin Vasilevski (Anderlext, Belçika), Yakub Vavjinyak (Legiya), Martsin Kaminski, Qjeqoj Voytkovyak (hər ikisi Lex), Sebastiyan Beniş (Verder, Almaniya), Damyen Perkis (Soşo, Fransa).

Yarımmüdafiəçilər: Euqen Polanski (Maynts, Almaniya), Dariuş Dudka (Oser, Fransa), Adam Matuşik (Fortuna, Almaniya), Adrian Mejeyevski (Trabzonspor, Türkiyə), Yakub Blaşikovski (Borussiya D, Almaniya), Lyudovik Obranyak (Bordo, Fransa), Matsey Rıbus (Terek, Rusiya), Kamil Qrositski (Sivasspor, Türkiyə), Rafal Muravski (Lex), Rafal Volski (Legiya).

Hücumçular: Robert Levandovski (Borussiya D, Almaniya), Artur Sobex (Hannover, Almaniya), Pavel Brojek (Seltik, Şotlandiya).

Qeyd edək ki, 16 ən güclü millinin qatılacağı final mərhələsinin meydan sahiblərindən biri – Polşa Rusiya, Yunanıstan və Çexiya yığmaları ilə birgə A qrupunda yer alıb.

Son yazılar

Yuxarı