"Komandamın "gizli silah"ı deyiləm. Sadəcə, top qarşıma düşdü və mən də bundan maksimum yararlandım. Təbii ki, bu qolda komanda yoldaşlarımın da böyük rolu oldu.” Bu sözləri Portuqaliya-Azərbaycan oyunuda ilk qolun müəllifi olan Silvestr Varela söyləyib.
Korner.az– ın məlumatına görə, futbolçu qələbəyə layiq olduqlarını bildirib.
“Ümumilikdə oyunu yüksək səviyyədə keçirdik. Komandam qələbəyə layiq oynadı. Artıq bir qədər istirahət edib, qarşıdakı Rusiya ilə oyuna hazırlaşmalıyıq. İnanıram ki, həmin oyunda da qələbə qazanan tərəf biz olacağıq".
