Ukraynada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Korner.az- ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız "Şaxtyor" (Donetsk) klubunun müvafiq yaş qrupundan ibarət komandasını 2:0 hesabı ilə məğlub edib. Qolları Baxşəli Baxşəliyev və Elnur Cəfərov vurub.
