Litvanın Palanqa şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Korner.az-ın məlumatına görə, Vəli Qasımovun yetirmələri Latviyanın “Metallurq” klubu ilə yoldaşlıq oyunu keçirib. Liepaya təmsilçisi ilə qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. “Metallurq”un qapısından topları Bayram Budaqov və Taşkın İlter keçirib.
