Bu gün AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə “Qəbələ”nin nəzdindəki müvafiq yaş qrupundan ibarət komanda ilə yoldaşlıq oyunu keçirib. Korner.az AFFA-ya istinadən xəbər verir ki, matç 2:2 hesabı ilə başa çatıb. Almaniyalı Nikolay Adamın baş məşqçisi olduğu yığmamızın heyətində qolları Pilağa Mehdiyev və Azər İsmayılov vurub. Qəbələlilərin heyətində Nurlan Quliyev dubl edib.
