Azərbaycanın 17 yaşlılardan ibarət yığması Moldovadakı beynəlxalq turnirdə bu gün ikinci matçına çıxıb.
Korner.az-ın məlumatına görə, millimiz "FA of Moldova Cup" turnirində bu dəfə meydan sahibləri Moldova yığması ilə qarşılaşıb.
Bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb – 0:0.
Qeyd edək ki, yığmamız ilk qarşılaşmada Rumıniyaya 2:3 hesabı ilə uduzmuşdu.