Bu gün Qəbələ şəhərində 15 yaşadək futbolçulardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Korner.az– ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma 2:1 hesabı ilə Gürcüstan yığmasının xeyrinə başa çatıb. Komandamızın heyətində Baxşəli Baxşəliyev fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında avqustun 28-də keçirilmiş yoldaşlıq oyunu 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatmışdı.
