Almaniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Ayntraxt” (Frankfurt) klubunun U-23 komandası ilə yoldaşlıq oyunu keçirib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Eşqin Quliyev və Abdulla Abatsiyevin vurduğu qollar sayəsində yığmamız 2:1 hesabı ilə qələbə qazanıb.