Millimiz Ermənistanla eyni qrupa düşdü
15.02.2023 , 10:00
![](https://korner.az/wp-content/uploads/2023/02/basketball-statistiken-670.jpg)
Azərbaycanın 16 yaşadək basketbolçulardan ibarət millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində Ermənistanla eyni qrupa düşüb.
Korner.az Beynəlxalq Basketbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, C Divizionunda mübarizə aparacaq yığmanın püşkatma nəticəsində B qrupundakı digər rəqibləri də məlum olub.
Azərbaycan millisi seçmə mərhələdə Ermənistanla yanaşı, Albaniya, Kipr və San Marino ilə də qarşılaşacaq.
B qrupunun oyunları bu il 19-27 iyulda Kosovonun paytaxtı Priştinada keçiriləcək.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)