Slovakiyanın Preşov şəhərində təşkil olunmuş 16 yaşadək eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında beynəlxalq futzal turnirində Azərbaycan yığması dördüncü yeri tutub. Korner.az-ın məlumatına görə, yarımfinal oyununda Qazaxıstan komandasına 1:5 hesabı ilə məğlub olan yığmamız, üçüncü yer uğrunda qarşılaşmada Slovakiya komandasına uduzub – 2:7.