İngiltərə millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Korner.az-ın məlumatına görə. ingilislər “Avro-2012”yə Roy Hocsonun rəhbərliyi altında çıxacaq. Çalışdırıcı millinin sükanı arxasına keçmək üçün “Vest Bromviç”dən ayrılıb.
İngiltərə Futbol Assosiasiyasının prezidenti Devid Bernşteyn bildirib ki, Hocson millinin baş məşqçi vəzifəsinə yeganə namizəddir. Artıq məşqçiyə rəsmi dəvət onun işlədiyi kluba da göndərilib.
Qeyd edək ki, "Finlandiya" millisinin sabiq baş məşqçisi millimizə Bakıda 0:1 hesabı ilə məğlub olmuşdu.
