big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Müsahibə

“Millidən Elxan Məmmədova görə getdim” – Mahir Şükürov

23.07.2024 , 17:57

Karyeranıza başladığınız vaxtlardan danışardınız. Həmin dönəmi necə xatırlayırsınız?

Böyük qardaşım futbolla məndən öncə məşğul olurdu. Hərdən onların məşqlərinə gedib baxırdım. Sonra elə alındı ki, özümdə də futbola həvəs yarandı. Qardaşıma dedim ki, mən də futbola başlamaq istəyirəm. Onlarla birlikdə məşqlərə başladım. “Sumqayıt”ın aşağı yaş qruplarında oynayırdıq. Amma sonra qardaşım futbolu bitirəsi olsa da, mən davam etdirdim. Daha sonra hər xidmətə yollandım. Xidməti başa vurduqdan sonra yenidən futbola qayıdıb məşqlərimi davam etdirdim. O vaxtlar “Xəzər” komandası var idi. Sabir Əliyevin vaxtı idi. Mən ora gəldim və biz məşqlərə başladıq. Bir gün evdə idim. Bir də gördüm, qapı döyüldü. Açdım, gördüm, Məmmədəli müəllimdir. Dedi ki, Əsgər müəllim sənin arxanca gəlib. Onda da hələ Əsgər müəllim cavan idi. Mən uşaq idim, əsgərlikdən gəlmişdim. 20 yaşım var idi. Əsgər müəllimi televizorda görərdik. “Şəfa” klubunun baş məşqçisi kimi. O zamanlar da “Şəfa” Premyer Liqa komandası idi. Bütün komandaların oyunçuları da “Şəfa” klubunda oynayırdı. Mən onunla evdən çıxdım. Gördüm, Əsgər müəllim maşınla evimizin arxasında məni gözləyir. Gəldim, yaxınlaşdım, Əsgər müəllim ilə görüşdüm. Sağ olsun, mənim arxamca düz evimizə, qapımıza kimi gəlmişdi. O da hiss eləmişdi ki, məndə istedad var. Yaxınlaşdı, görüşdü, qayıtdı ki, bəs istəyərdim, sən gəlib “Şəfa” klubunda oynayasan. Mən sənə güvənirəm. Oynatmaq istəyirəm. Sənə filan qədər maaş verəcəm. Zaur Tağızadə, Ruslan Musayev, Aftandil Hacıyev, Sənan Qurbanov, Ramal Hüseynov, Elnur Allahverdiyev, Ayxan Abbasov Şəfa komandasında idi. Bəxtiyar Musayev sonradan gəldi ora. Mən sözün açığı, birinci gözləmirdim bu təklifi. Əsgər müəllim mənimlə danışandan sonra səhər gəldim, evdə anama dedim. Anam da istər-istəməz sevindi. Sonra Sabir müəllimə dedim ki, bəs Əsgər müəllim məni “Şəfa” klubuna dəvət edir. Onda da Sabir müəllimin klubu var idi – “Gənclərbirliyi”. O vaxtlar “Şəfa” klubunda elə bir çətinlik vardı ki, orada kimsə müqavilə imzalayanda sonra həmin futbolçunu heç yerə buraxmırdılar. Məcbur idin, orada oynayasan, kənara buraxmırdılar. Çətin idi. Sabir müəllim də “Gənclərbirliyi” klubunun adından “Şəfa” klubuna bir illik icarəyə verdi məni. Səhəri gün getdim “Şəfa”ya. Kamran Ağayev də sözügedən klubda idi. Onda gənciydi. Məşqlərə birgə gedib-gəlirdik. Əsas Premyer Liqa oyunlarıma “Şəfa” klubunda başladım. Burada çox da yaxşı oynayırdım. İş elə gətirdi ki altı aydan sonra Sumqayıtın “Gənclərbirliyi” klubu yarandı. Komandanı Birinci Liqadan buraxırdılar  və iddialı futbolçular yığırdılar. Altı aydan sonra birinci dövrə qurtarmışdı. Elə alındı, Sabir müəllim mənə dəvət göndərdi ki, bəs biz səni “Şəfa” klubuna bir illik icarəyə vermişik. Ancaq istərdik ki, gələsən “Gənclərbirliyi”nə, Sumqayıt şəhərinə. Öz yaşadığın yerdi. Həm də komandanı Premyer Liqaya çıxarmağa bizə kömək edərdin. Mən seçim qarşısında qalmışdım.  “Gənclərbirliyi”nə  getməyib, “Şəfa”da qala bilərdim. Ona görə ki, həm bir illik müqaviləm vardı, həm də Premyer Liqada idim.  Amma buna baxmayaraq gəldim, Əsgər müəllimə dedim ki, mən “Gənclərbirliyi” klubuna getmək istəyirəm. İstərdim, Sumqayıt şəhərini təmsil edim və Premyer Liqaya biz də vəsiqə qazanaq. Düzdür, Əsgər müəllim narazılıq etdi. Qayıtdı ki, sən düz eləmirsən, Premyer Liqadan Birinci Liqaya gedirsən. O vaxtlar da mənim 22 yaşım var idi. O yaşda mən artıq milli yığmaya namizəd idim. Dedi, bu gün-sabah sən milli komandaya da çağırılacaqsan. Oyununla bunu sübut da edirsən. Amma mən buna rəğmən dedim, yox, getmək istəyirəm. Düzdür, Əsgər müəllim biraz yaxşı qarşılamadı. Mənim yerimə heyfsləndi ki, yəni nahaq gedirsən Birinci Liqaya. Bizim komandada gül kimi oynayırsan. Əsgər müəllim də biraz məndən incimişdi ki, niyə gedirsən? Hansısa futbolçu sənin etdiyin səhvi eləməzdi. Amma yenə də mən bu addımı atdım. Sabir müəllimlə danışdıq və gəldim “Gənclərbirliyi”nə. “Gənclərbirliyi”ndə biz Birinci Liqanı oynadıq. Premyer Liqaya vəsiqə qazandıq. Bundan sonra Adnan adlı menecer vasitəsilə “Antalyaspor” klubundan mənə dəvət göndərildi. Həmin ərəfələrdə də hər hansı bir futbolçu üçün ölkədən kənarda oynamaq çox çətin idi. “Antalyaspor”dan dəvət gəldikdən sonra “Gənclərbirliyi”ndən də mənə ayrıca yaxşı pul verdilər ki, gedim, “Antalyaspor”da yaxşı çıxış edim. Mən ilk futbolçuyam ki, Birinci Liqadan milli komandaya gəlmişəm. Ona görə çox adam inanmırdı ki, Birinci Liqadan milli komandada oynayan futbolçu var. Həmin vaxt düşən mən idim. Elə oldu ki, federasiyanın rəhbəri Ramiz Mirzəyev gəldi. Sağ olsun Əsgər müəllim. Həmin vaxt mənə yenə dəvət göndərdi. Karlos Alberto Torresi gətirmişdilər. Biz Tofiq Bəhramov adına stadionda ikitərəfli oynadıq ki, Karlos Alberto Torres milli komandanın futbolçularına baxsın və orada seçim eləsin. Mən həmin vaxt “Gənclərbirliyi” ilə oyunda idim. Bir də gördüm, deyirlər, Mahir Şükürov milli komandaya çağırılıb. Bu, həqiqətən qürurverici idi ki, həm Sumqayıt komandası, həm də milli komandada iştirak edən futbolçu olacaq. Üstəlik, bu şəxs Birinci Liqadakı komandanın heyətində çıxış edən futbolçudur. Və orada milli komandaya dəvət aldım. Həmin vaxtda “Antalyaspor”a transfer olundum. Onlarla 3 illik müqavilə bağladım. Millinin oyunlarında gəlirdim bura, 2 gündən sonra qayıdırdım ora. Görürdüm ki, mənə çətinlik yaranır. Elə həmin vaxtlar Azərbaycanda bir neçə klub yaranmağa başlayırdı. Bunlardan biri “Karvan” oldu. Həmin vaxt “Karvan”ın baş məşqçisi Yunis Hüseynov idi. Yunis müəllim məni klubunda görmək istəyirdi. Mən də fikirləşdim ki, millinin oyunlarına gedib-gəlmək çətindir. Ona görə də “Antalyaspor”dan ayrılıb, “Karvan”a keçdim. Burda 2 il oynadım. Həmin ərəfədə Qurban müəllim “Neftçi”yə baş məşqçi kimi təzə gəlmişdi. Mənə dəvət göndərdi. Mən özüm də istəyirdim “Neftçi”də oynamaq. Bilirsiniz ki, bu klubda oyanamaq hər bir futbolçunun arzusudur. Mən də Bakıya gəlib, Qurban müəllimlə görüşdüm. O, mənə bildirdi ki, səni klubumda görmək istəyirəm. Mən də razılıq verdim. Qurban müəllimin ilk transferi “Neftçi”də mən oldum. 1 il “Neftçi”də oynayandan sonra “İnter” klubuna gəldim. Burada 6 ay oynadım. Həmin ərəfədə Tərlan Əhmədov mənə dedi ki, Həcc ziyarətinə gedirik, sən də gəl. Mən də onlarla gedəsi oldum. Elə, burada Ağasəlim müəllimlə görüşdüm. Mənə dedi ki, gəl bizə. Ziyarətdən qayıtdıq. Mən də “Xəzər-Lənkəran”a keçdim. Həmin il onlarla “Birlik” kuboku və Azərbaycan kubokunu qazandım. Sonra yenidən “İnter”ə qayıtdım. Burda 1 il oynadım və “Anji” klubundan mənə dəvət gəldi. “İnter” rəhbərliyi mənim özümlə  danışdı və mənim Rusiya klubuna transferim baş tutdu.

Mahir Şükürov üçün unudulmaz matç hansı olub? Hansı ki, hələ də yadınızdadır?

Yadımda qalan ən gözəl oyunlarımdan biri “Neftçi”də çıxış etdiyim vaxt olub. 2012-ci ildə Avropa Liqasının pley-off mərhələsində APOEL-lə qarşılaşmışdıq. Həmin görüşdə “Dalğa Arena”da penaltidən qol vurmuşdum. Sonra isə səfərdə onlara 3:1 hesabı ilə qalib gəldik. Bununla da futbol tariximizdə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olduq. Digər xatirəmdən silinməz oyunum isə Azərbaycan millisinin Şimali İrlandiya ilə qarşılaşması olub. Həmin görüşün son dəqiqələrində cərimə zərbəsindən fərqlənmişdim.

“Anji”də Roberto Karlos ilə komanda yoldaşı olmusunuz. Həmin illərdən biraz danışardınız…

“Anji”yə transfer olunmaq Azərbaycan futbolu üçün önəmli bir addım idi. Həm ictimaiyyətə, həm özümə, həm də milli komandaya… Çünki bir azərbaycanlı futbolçu Rusiya çempionatında oynayacaqdı. Oynadığım ərəfədə həmin çempionatda böyük rəqabət gedirdi. Güclü və adlı-sanlı futbolçular var idi. Pis keçmədi. “Anji”də 1 il oynasam da, 3 illik müqavilə bağlamışdım əslində. Azərbaycana bağlılığım var idi. Həmin ərəfədə “Qəbələ” klubu məni istəyirdi. O vaxtı klubun prezidenti Taleh Heyderov mənə dəvət göndərmişdi. Mən də Bakıya gəlib klubun baş məşqçisi Toni Adamsla görüşdüm. O, mənə dedi ki, səni burda görmək istəyirəm. Bura gəlsən, kapitan sarğısını da sənə verəcəyik ki, komandanı idarə edəsən. Mən də baxdım ki, həmin dönəm “Qəbələ”də inkişaf gedir və onların mənim kimi oyunçuya ehtiyacları var. Həm mənim üçün, həm də klub üçün yaxşı transfer idi. Mən də “Qəbələ”yə keçdim. Burada 1 il oynadım. Sonra isə “Neftçi”yə gəldim. Həmin ili burda uğurlu keçirdim. Avropa Liqasının pley-off mərhələsində APOEL-lə qarşılaşmışdıq. Həmin oyunda penaltidən qol vurdum. Səfərdə isə onlara 3:1 hesabı ilə qalib gəldik. Tarixi nəticə idi. İlk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdıq. Azərbaycan futbolu tarixinə qızıl hərəflərlə düşdük. Həmin il həm ölkə çempionatının qalibi olduq, həm də kubokunu qazandıq. “Neftçi”də 2 il oynadım. Sonra isə “Karşıyaka” klubuna keçdim. İzmirdən Yusif Şimşək təklif göndərmişdi. Həmin ərəfədə biz milli komanda ilə Amerikada idik. Ordan qayıdandan sonra “Karşıyaka”ya keçidim rəsmiləşdi. Burada bir az maaş gecikməsi olurdu. Gördüm ki, problemlər yaranır, mən də ayrılmaq qərarına gəldim. Amma mən orda oynayanda formamın haqqını verirdim. Bu gün də İzmirə gedəndə “Karşıyaka” klubunun azarkeşləri məni isti qarşılayırlar. Sonra isə yenidən “Neftçi” klubuna qayıtdım. Sonuncu ilimi də elə burda keçirdim. 2015-ci il idi. Elə həmin il karyeramı bitirib, futbolla vidalaşdım.

IMG_2736.jpeg

2010-cu ildə nəyə görə yığmada oynamamaq qərarı almısınız?

Azərbaycan milli komandasından ayrılmağım Elxan Məmmədova görə oldu. Ona görə ki, Elxan Məmmədov həmin vaxtlar dürüst adam deyildi.  Mən də dürüst olmayan adamla işləmək istəmirdim. Sağ olsun, Rövnəq müəllim ilə Berti Foqts məni fikrimdən daşındırdılar. Mən də komandaya geri döndüm.

Karyeranızı bitirmənizə əsas səbəb nə idi?

2015-ci ildə artıq 34 yaşım var idi. “Neftçi”də oynayırdım. Öz-özlüyümdə hiss edirdim ki, əvvəlki Mahir deyiləm. Düşünürdüm ki, futboldan nə qədər üzüsulu getsəm, o qədər yaxşıdır. İstəmirdim, desinlər ki, Mahir əvvəlki Mahir deyil. İdmançı nə qədər üzüsulu getsə, o qədər yaxşı və o qədər də hörmətlidir. Mən də hörmət naminə həmin il futbolla vidalaşdım.

8f4c2d95-c6a5-4eaa-9f92-8510ce0a391a.jpeg

Azərbaycanda futbolçu olmağın real çətinlikləri hansılardır?

Gərək Azərbaycanda doğulub, əsas Avropada oynayasan. Futbolu bitirdikdən sonra isə ölkəyə qayıdasan.

Özünüz futbola gələndə bəs hansı çətinliklərlə üzləşmisiz?

Bizim vaxtımızda futbol çətin idi. Ona görə ki, əvvəlki futbolçular güclü idi. Onların arasından “11-lik”ə düşüb oynamaq həqiqətəndə də çətin idi. Həyatda heç vaxt ehtiyatda oturmaqla barışmamışam. Hər zaman mübarizə aparmışam ki, ilk “11-lik”də oynayım. Əsas heyətə düşməyəndə küsürdüm. Ona görə də mən heç vaxt oynadığım müddətdə ehtiyatda oturmamışam. Ola bilər, nə vaxtsa zədəli olum, kənarda qalım, amma hər zaman istəmişəm ki, “11-lik”də olum. İndiki bəzi futbolçular kimi bununla barışmamışam ki, ehtiyatda oturum. Mən onlar kimi düşünmürdüm ki, oynamasam da, skamyada əyləşim, pulumu və ya premyamı alaram. Məndə elə olmayıb. Hər zaman çalışmışam ki, “11-lik”də və üzdə olum.

160a61d5-92ab-4e6c-b763-55cc3e9b8b65.jpeg

Azərbaycan millisinin hazırkı durumu sizi qane edirmi? Niyə görə Gürcüstan və Slovakiya yığmaları kimi ola bilmirik?

Hazırda mili komandanın oyunları tək məni yox, futbolu bilən mütəxəssisləri də qane etmir. Futbolda futbolu bilən insanlar işləməlidir. Necə ki, Slovakiya və Gürcüstan yığmalarında olduğu kimi. Məsələn, məni həkim qoysanız, əməliyyatda insanı öldürərəm. Çünki biliyim və o sahədə təcrübəm yoxdur axı. Amma bizdə həkimi, mühafizəçini, məktəb müəllimini futbola mütəxəssis qoyular. Necə inkişaf olsun?!

c7c46717-236e-42e5-a41d-f5db20254346.jpeg

”Neftçi” hal-hazırda ən pis dövrünü yaşayır. Bunun ilk səbəbkarı kimdir? Rəhbərlik, məşqçi, yoxsa oyunçular?

Rəhbərlik. İşini düzgün apara bilməyən, futbola aid olmayan insanlardır günahkar.

Gələcəkdə məşqçi olaraq çalışmaq istərdinizmi? İstərdinizsə, hansı klubda?

Əgər gələcəkdə məşqçi kimi işləmək istəsəydim, necə ki, futbolçu kimi “Neftçi”ni seçmişdimsə, elə orda da məşqçi kimi çalışmaq istəyərdim . Ona görə ki, “Neftçi” doğma klubumdur.

IMG_2735.webp

Bəs həmin kluba hansı futbolçuları gətirərdiniz?

Bilmirəm. Çətin sualdır. Ağlımda elə bir futbolçu yoxdur.

Hazırda Azərbaycanda hansı gənc oyunçuları bəyənirsiniz?

Bəyəndiyim heç bir real oyunçu yoxdur.

Səbəb?

Səbəbi odur ki, o potensialı görmürəm.

IMG_2739.jpeg

Sizə görə, futbolçuların maaşı nə qədər olmalıdır?

Mənə görə yaxşı futbolçunun maaşı nə qədər çox olarsa, o qədər yaxşıdır.

Bəs sizcə gənclər futbola pul qazanmaq adı ilə gəlirlər, yoxsa yaxşı futbolçu olmaq üçün?

Bizdə belə hallar çox olub. Bir də görürdün, valideyn gəlirdi ki, mənim də uşağım belə olsun, belə qazansın. Futbola bu yanaşma ilə gələndə heç nə olmur. O uşaq nə gələcəyin futbolçusu olur, nə də imkanlı. Futbolu gərək sırf sevib gələsən. Biz o vaxt gələndə heç düşünmürdük ki, gələcəkdə imkanımız və ya şəraitimiz olacaq. Biz futbolu sevdiyimiz üçün futbola gəlmişik. Ondan sonrası isə Allahın istəyidir. Əgər qismətində varsa, yaxşı futbolçu olacaqsan.

IMG_2737.jpeg

O dönəmin Mahiri ağlındakı ulduz futbolçu obrazını özündə yarada bilmişdi?

Düşünürəm ki, xeyr. Ona görə ki, mənim potensialım çox idi. Daha da irəli gedə bilərdim. Sadəcə olaraq biraz ərköyünlük mənim önümü kəsdi. Tam potensialımı göstərə bilmədim. İndiki ağlım olsaydı, bəli, yarada bilərdim.

Bildiyim qədərilə, forma kolleksiyanız var. Ən yadda qalanı isə Ronaldodan aldığınız forma olub. Başqa kimlərin formasını özünüzdə saxlamısınız? Və Mahir öz formasını sonuncu dəfə kimə verib?

Mən çox futbolçularla forma dəyişmişəm. Bunlar arasında Ronaldo, Lempard, Nuri Şahin, Vaqner Lav, Kuyt, Bruno Alveş, Koutinyo, Bastian Şvanştayger kimi futbolçular olub. Əslində çoxdur. Gərək formalara baxıb xatırlayım (gülür). Son olaraq isə dəyişdiyim forma Burak Yılmazla olub.

Axırıncı dəfə hansı oyunu stadiondan izləmisiniz?

Milli komandanın Bolqarıstan və Monqolustanla olan görüşlərini izləmişəm.

IMG_2738.jpeg

Ölkəmizdə yetərincə sevilən futbolçusunuz. Azarkeşlərlə aranız necədir?

İndiyə qədər hansı klubda oynamışamsa, azarkeşlərin hər biri ilə aram yaxşı olub. İstər-istəməz hansısa klubdan digərinə keçəndə həmin klubun azarkeşləri sənə qarşı aqressiv də ola bilər, mehriban da. Məni görəndə də çox sağ ol deyirlər. Ən çox “Neftçi” və “Xəzər-Lənkəran” azarkeşləri… Milli komandada oynadığım dövrdə də komandanın oyununa gələn azarkeşlər hamısı məni dəstəkləyirdilər. Bu gün də haradasa məni görəndə tanıyıb yaxınlaşırlar. Salam verib, qayğı göstərirlər. Özümə də bu hal sevindiricidir ki, hələ də yaddan çıxmamışıq.

Futbolçu olmaq istəyən gənclərə tövsiyəniz varmı? Gəlsinlərmi futbola?

Bu gün gənclərin çoxu futbolçu olmaq istəyir. Gənclərə tövsiyəm odur ki, əgər futbola gəlirlərsə, hər şeyi kənara qoyub futbolu düşünməlidirlər.

Mina Musayeva

Son yazılar

To Top