“Barselona”dan yeni transfer
23.07.2024 , 17:13

“Barselona” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi “Los-Anceles”dən Mamadu Fallı heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Seneqallı oyunçu ilə 2+2 illik müqavilə imzalanıb. Bu keçid “Barselona”ya 4 milyon avroya başa gəlib.
