İdmançılarımızdan 2 qızıl, 1 gümüş medal
06.09.2024 , 11:42
Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının ilk günündə Azərbaycan 2 qızıl, 1 gümüş medal qazanıb.
Korner.az xəbər verir ki, Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) qızıl medala, Nizami İmranov (60 kq) isə gümüş medala yiyələnib.
Azərbaycanın gənc qız cüdoçuları 25 ildən sonra rekordu təkrarlayıblar. Qızlardan ibarət yığma daha öncə 1999-cu ildə iki qızıl mükafat qazanıb.