Milli Yunanıstana qalib gəldi
03.03.2023 , 21:24

Bu gün Azərbaycanın futzal millisi DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, yığmamız Yunanıstanı qəbul edib. Bakı İdman Sarayında oynanılan qarşılaşma millimizin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Futzal, DÇ-2024
Əsas mərhələ
3 mart
20:00 Azərbaycan – Yunanıstan – 5:2
Hakimlər: Eduardo Fernandes Koelho, Kristiano Santos, Felipe Qonsalo Santos Duarte
Timekipper: Ceyhun Hüseynov
Hakim-inspektor: Edi Sunyiç (Xorvatiya)
UEFA nümayəndəsi: Haugen Kim Robin (Norveç)
