Kişinyov şəhərində təşkil olunmuş «FA of Moldova Cup» turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib.
Korner.az-ın AFFA-nın saytına istinadın yaydığı məlumata görə, rumıniyalı həmyaşıdları ilə qarşılaşan futbolçularımız hesabda 2 dəfə önə çıxmasına baxmayaraq, 2:3 hesabı ilə məğlub olub. Yığmamızın qollarını Təyyar Məmmədov və Fəhmin Muradbəyli vurub.
Futbolçularımız turnirdə növbəti oyununu mayın 17-də, Bakı vaxtı ilə saat 19:00-da Moldova yığmasına qarşı keçirəcək.