Milli Rumıniyaya məğlub oldu
30.04.2024 , 23:39
Monteneqroda təlim-məşq toplanışında olan minifutbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq turnirdə matça çıxıb.
Korner.az xəbər verir ki, aprelin 24-dən sözügedən ölkədə hazırlıqda olan Elşad Quliyevin yetirməlıri ilk oyununu Rumıniyaya qarşı keçirib.
Bakı vaxtı ilə 18.00-da başlayan matçda millimiz son dəqiqələrdə buraxdığı qolla uduzub – 0:1.
Minifutbol komandamız sabah Bosniya və Herseqovina ilə üz-üzə gələcək.
Turnirdə Bosniya və Herseqovina ilə Rumıniyadan başqa, Serbiya, Monteneqro və Albaniya da iştirak edir.
Qeyd edək ki, yarış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq. Yarışın mükafatları uğrunda 24 komanda mübarizə aparacaq.