Milli “Neftçi”yə məğlub oldu
27.02.2023 , 20:46

Bakıdakı təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, “Neftçi”nin U-17 komandasına qarşı keçirilmiş oyun 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
U-16 toplanış çərçivəsində ilk oyununu EFA-nın U-17 komandasına qarşı keçirib və 5:0 hesablı qələbə qazanıb.
