Milli “Neftçi” ilə heç-heçə etdi
28.04.2021 , 15:27
Bakıda təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, “Neftçi”nin U-19 komandası ilə oyun 2:2 hesablı heç-heçə başa çatıb. Millinin qollarını Sadiq Şəfiyev və Sənan Ağalarov vurub.
U-17 sonuncu oyununu aprelin 30-da “Səbail”in U-19 komandasına qarşı keçirəcək.