Milli məğlub oldu
22.02.2024 , 16:43

Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştrak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, Özbəkistanın 18 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşan millimiz 0-2 hesabı ilə məğlub olub.
Azərbaycan yığması bundan əvvəl Belarusun U-18 komandasına 0:2 və Rusiya yığmasına 0:1 hesabıyla uduzub.
Qeyd edək ki, turnirdə 7 və 8-ci yerlər uğrunda oyunlar fevralın 24-də keçiriləcək. Millimiz digər qrupda 4-cü yeri tutan komanda ilə qarşılaşacaq.
