Paraqvay milli komandasının baş məşqçisi Fransisko Arsen tutduğu vəzuifədən istefa verib. Korner.az-ın məlumatına görə, buna səbəb sözügedən yığmanın 3 gün öncə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Boliviyaya 1:3 hesablı yenilgisi olub. Bütövlükdə isə onun rəhbərliyi altında komanda seçmə mərhələdə geridə qalan 5 oyuna cəmi 4 xal toplaya bilib.
Bu səbəbədən də, Paraqvay Futbol Federasiyası Fransisko Arsenlə yolları ayırmaq qərarına gəlib.