Milli Fransanı məğlub etdi
04.06.2024 , 23:49

Bu gün Azərbaycanın minifutbol millisi Avropa çempionatında növbəti matçına çıxıb.
Korner.az xəbər verir ki, komanda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən turnirin qrup mərhələsinin 3-cü turunda Fransa ilə qarşılaşıb. İlk iki turda Belçika (3:0) və İtaliyaya (2:1) qalib gələn millimiz bu dəfə daha güclü rəqibi 3:1 hesabı ilə məğlub edib.
Bu nəticə ilə Azərbaycan millisi F qrupunda maksimum nəticə göstərərək mərhələni 1-ci pillədə tamamlayıb.
Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi olacaq Bolqarıstan və ya Serbiya yığmalarından biri ilə qarşılaşacaq.
