“Milan”ın yeni transfer hədəfi
15.06.2023 , 15:27

“Milan” heyətinə yeni futbolçu cəlb etmək istəyir.
Korner.az xəbər verir ki, İtaliya nəhəngi “Latsio”dan Luka Romeronu transfer etmək istəyir.
Bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.
Onun xəbərinə görə, klubu ilə müqaviləsi başa çatan futbolçunun keçidi üçün “Milan” əlindən gələni edəcək.
