“Milan”dan yeni transfer
23.08.2023 , 17:24

“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” “Atletiko Platense”dən Marko Pelleqrinonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı müdafiəçi ilə əldə olunan razılaşmanın detalları isə açıqlanmayıb.
