“Milan” “Bavariya”nın futbolçusunu transfer edir?
06.12.2023 , 10:00

“Bavariya”nın futbolçusu Tomas Müller karyerasını İtaliyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, “Milan” təcrübəli futbolçunun xidmətlərində maraqlıdı.
Almaniyanın “Bild” nəşri yazır ki, Müllerin özü də Münhen klubunda xoşbəxt deyil və daim oynamaq istədiyindən klubunu dəyişmək istəyir.
