Hər ay futbolçuların transfer məbləğini hesablayan "transfermarkt.de" saytı Avropanın ən varlı Liqası kimi La Liqanı göstərib.
Korner.az-ın məlumatına görə, ən bahalı futbolçu qiymətini Messiyə verən sayt argentinalıya 120 milyon avro qiymət biçib. İkinci sırada isə portuqaliyalı Kriştianu Ronaldodur ki, onun da qiyməti 100 milyon avro kimi göstərilib. Göstəediyi performansla bütün diqqətləri öz üzərinə çəkən türk əsilli almaniyalı Məsut Özil 8 milyon bahalaşaraq 40 milyon avroya qalxıb.
Qiymət düşməsində ən böyük şanssızlıq yaşayan futbolçu isə adı "Qalatasaray"la da hallanan "Madrid "Real"ının braziliyalı futbolçusu Rikardo Kakadır. O, 12 milyonluq dəyər itirərək 18 milyon avroya düşüb.
