ÇL-in qrup mərhələsinin ilk oyununda “Barselona” çətinliklə "Spartak"ı 3:2 hesabı ilə məğlub etdi.
Korner.az– ın məlumatına görə, “Barselona”nın hücumçusu Lionel Messi UEFA-nın rəsmi saytına oyun haqda öz fikirlərini bildirib:
"Rəqib komanda tamamilə arxaya çəkilərək müdafiə olunurdu. Təbii ki, bu tip oyunlarda qələbə qazanmaq asan deyil. Üstəlik onların çox sürətli hücumçuları var idi ki, bundan da maksimum yararlandılar. Ancaq biz ruhdan düşmədik və lazımi qolları vura bildik".
