Meksika, Amerika və Venesuellada fəaliyyət göstərən "Fox Sports" kanalının "tvitter" hesabında inanılmaz xəbər yayılıb.
Korner.az-ın məlumatına görə, 250 min oxuyucusu olan səhifədə insanlar bu ismarıcı görüblər: "Barselona"nın ulduz futbolçusu Lionel Messi səhər saatlarında məşq zamanı infrarkt keçirərək vəfat edib. Bu xəbəri sizlərə bildirdiyimiz üçün çox üzüntülüyük".
Yazılan bu məlumat "tvitter" hesabından bir neçə saniyə sonra silinib. Lakin səhifə idarəçiləri məlumatın qətiyyən onlar tərəfindən yazılmadığını, böyük ehtimalla, haker hücumuna məruz qaldıqlarını bildiriblər.
Qeyd edək ki, Argentina millisi Ekvador ilə oynayacağı oyunun hazırlıqlarını davam etdirir. Və Messi məşqlərdə iştirak edir.
