45 yaşında dünyasını dəyişən “Barselona”nın sabiq baş məşqçisi Tito Vilanova ilə vida mərasimi keçirilib.
Korner.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, mərasimdə “Barselona”nın futbolçuları, məşqçilər və klub nümayəndələri iştirak edib.
Mərasimə qatılan Kataloniya təmsilçisinin futbolçusu Lionel Messinin ağlaması diqqətdən qaçmayıb.
