Medinanın maşınının şüşəsini qırdılar
03.04.2024 , 16:28

“Qarabağ”ın futbolçusu Kevin Medina xoşagəlməz halla qarşılaşıb.
Korner.az xəbər verir ki, Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Neftçi” ilə ötən gün keçirilən ilk oyunundan sonra naməlum şəxs Medinanın avtomobilinə ziyan vurublar.
Kolumbiyalı müdafiəçi öz sosial media səhifəsində avtomobilinin şəklini paylaşaraq bunları yazıb:
“Bu mənim maşınımın oyundan sonrakı vəziyyətidir. İnsanların belə hallarda ehtiyatlı davranması və hörmət etməsi lazımdır. Ailəm maşında ola bilərdi və bu mənim üçün təhlükəli hal idi. Öz adımdan xahiş edirəm ki, bir daha heç kim üçün belə təhlükəli vəziyyət yaratmayın”.
