Medelin yeni klubu məlum oldu
11.06.2024 , 15:37

Qari Medelin yeni klubu bəlli olub.
Korner.az xarici KİV-ə istinadla xəbər verir ki, “Boka Xuniors” Qari Medeli heyətinə qatıb.
Xəbərdə, klubun futbolçu ilə şifahi razılığa gəldiyi bildirilib.
2009-2011-ci illərdə “Boka”da da çıxış edən Medel “Sevilya”, “İnter”, “Beşiktaş”, “Bolonya”, “Kardiff” kimi klublarda da çıxış edib.
