Madrid "Real"ının argentinalı futbolçusu Anxel Di Maria baş məşqçiləri Joze Maurinyonun çox istedadlı mütəxəssis olduğunu və onun başçılığı altında Çempionlar Liqası qalibi olacaqlarını inandığını bildirib.
Korner.az-ın məlumatına görə, arxada qalan mövsüm ərzində uğurlu çıxışı ilə bütün diqqətləri öz üzərinə çəkən 24 yaşlı oyunçu çalışdırıcıları Jose Maurinyodan ağızdolusu danışıb:
"Joze Maurinyonun başçılığı altında özümü gücləndirdim. O, mənə gələn gündən inanırdı.O, insana çox minnətdaram. Maurinyonun mənim ürəyimdə xüsusi yeri var".
