“Real”ın baş məşqçisi Joze Maurinyo “Mançester Siti”nin oyunçusu Mario Balotelli barəsində fikirlərini bildirib.
Korner.az– ın məlumatına görə, portuqaliyalı mütəxəssis “İnter”də çalışdığı vaxtda italiyalı futbolçu ilə bağlı maraqlı əhvalat danışıb:
“Balotelli barəsində 200 səhifəlik kitab yazaram. Özü də dramatik yox, komediya janrında. Çünki Mario çox məzəli adamdı. Sizə onun haqda bir epizod danışım: “Rubin”lə qarşılaşırdıq. Millito və Eto oyunda iştirak edə bilməzdilər. Ona görə, Marionu meydana buraxmışdım. İlk yarının sonuna 1 dəqiqə qalmış sarı kartla cəzalandırıldı. Fasilədə Balotelliyə tapşırdım ki, sakit oynasın, qaydanı pozmasın və təxribata uymasın. Söz verdi ki, hər şey qaydasında olacaq. Ardını özünüzdə gözəl bilirsiniz. İkinci hissə başlayan kimi qırmızı vərəqə aldı”
