UEFA 2012-ci ildə keçirilən Avropa çempionatının final, eləcə də seçmə qrup mərhələsi çərçivəsində yığma komandanın formasını geyinən futbolçuların klubları üçün UEFA Konqresinin qərarına əsasən ayırdığı vəsaiti AFFA-nın hesabına köçürüb.
Korner.az– ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, AFFA-da öz növbəsində müvafiq olaraq həmin vəsaiti ödəniş anket formasını assosiasiyaya təqdim edən klublara ödəyib. Əlavə edək ki, pul məbləği futbolçuların yığmanın heyətində keçirdiyi oyunların sayına görə ayrılır.
Hamıdan çox Qarabağ 295844,81 AZN (12 futbolçuya görə) qazanıb. Öz növbəsində “Xəzər Lənkəran” 155014,33 AZN ( 7), “İnter” 128 629,83 AZN (7), AZAL 67578,87 AZN (6), “Sumqayıt” 17019,21 AZN (1) büdcələrinə əlavə ediblər.
Digər klublara ödəniş müvafiq anket forması təqdim edildikdən sonra həyata keçiriləcək.
Qeyd edək ki, “Kəpəz”dən başqa Topaz Premyer Liqasında çıxış edən klubların hamısına UEFA tərəfindən vəsait ayrılıb
