Mateus Silva rəsmən “Qarabağ”da!
21.08.2023 , 23:35

“Qarabağ” yeni transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, Ağdam klubu Lokomotiv” (Plovdiv) klubundan Mateus Silvanı heyətinə cəlb edib.
Uzun müddət davam edən danışıqların uğurla tamamlandığı və 25 yaşlı müdafiəçi ilə 2+2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Braziliyalı futbolçu komandada 2 nömrəli formanı geyinəcək.
